Ukrayna və Avropa bu işin üstündə çalışır | Zelenskidən iddialı açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna və Avropa ədalətli və davamlı sülhə nail olmaq üçün plan hazırlayır. Bu plan tezliklə hazır olacaq”.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.
O bildirib ki, Sloveniyanın Baş naziri Robert Qolobla liderlərin Londonda keçiriləcək sammiti barədə məlumat vermək və birgə səyləri müzakirə etmək üçün telefonla danışıb.
“Biz ədalətli və davamlı sülhü yaxınlaşdırmaq üçün ilk addımlar üçün plan hazırlayırıq. Biz bunun üzərində sürətlə işləyirik. O yaxın vaxtlarda hazır olacaq”, – deyə Ukrayna lideri qeyd edib.
Zelenski vurğulayıb ki, Avropanın müharibəni dayandırmaq və təhlükəsizliyi təmin etmək üçün ümumi baxışı var və o, Ukrayna və ABŞ ilə birlikdə gələcək danışıqlar masasında olmalıdır.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
