Ukraynada 40 milyon dollarlıq korrupsiya
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Təhlükəsizlik Xidməti ölkə ordusu üçün təxminən 40 milyon dollar dəyərində silah alınmasında böyük korrupsiya sxemi aşkarladığına dair məlumat yayıb.
Bildirilib ki, mənimsəmə 2022-ci ilin payızında Ukrayna Silahlı Qüvvələri üçün 100 min minaatan mərminin alınması zamanı baş verib.
Ukrayna Müdafiə Nazirliyi vəsaitin demək olar ki, hamısını silah təchizatçısı Lvov Arsenalına ödəyib, lakin Ukrayna Təhlükəsizlik Xidməti sursatın alınmadığını açıqlayıb. Əvəzində vəsaitlərin bir hissəsinin Balkanlar da daxil olmaqla xarici hesablara köçürüldüyü bildirilib.
İstintaq müəyyən edib ki, dələduzluqda keçmiş və indiki yüksəkrütbəli müdafiə rəsmiləri – Lvov Arsenalının prezidenti, baş kommersiya direktoru və xarici biznes qrupunun nümayəndəsinin əli olub.
Xatırladaq ki, Senatın respublikaçı üzvü Ceyms Devid Vens bir neçə gün əvvəl Vaşinqtonun Ukraynaya ayrılan pulların hara xərclənməsindən xəbərsiz olduğunu açıqlamışdı. “Kiyevdə korrupsiya nəzarətdən çıxıb” deyən senator bu amilin Ukraynaya əlavə yardımdan imtina etmək üçün xüsusi səbəb olduğunu vurğulayıb.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
