Pleyeri seçin:

Ukraynada bufer zona yaradılacaq

29 avqust 2025 557 baxış

Avropa liderləri Ukrayna ilə Rusiya arasında 40 kilometrlik bufer zona yaradılması ideyasını müzakirə edirlər.

"Politico" nəşri məlumat yayıb ki, bu təşəbbüs sülh sazişi və ya atəşkəs mexanizminin tərkib hissəsi ola bilər.

Layihəyə əsasən, zonanın təhlükəsizliyini təmin etmək üçün 4 mindən 60 minədək hərbçi yerləşdirilməsi nəzərdə tutulur. Əsgərlərin böyük hissəsinin Ukrayna tərəfindən təmin olunacağı, Avropa ölkələrinin isə əlavə dəstək göstərə biləcəyi deyilir.

NATO artıq Rusiyanın gələcək hücumundan alyansın şərq cinahını müdafiə etmək üçün 300 000 əsgərdən ibarət cavab qüvvəsi hazırlamağı düşünür. Məsələ Avropa daxilində fikir ayrılığı yaradıb. Fransa və Böyük Britaniya missiyada liderlik etməyə hazır olsa da, bəzi ölkələr ehtiyatlı mövqedən çıxış edirlər.

Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamısh bildirib ki, “istəklilər koalisiyası”na daxil olan ölkələr Ukraynaya qoşun göndərilməsi məsələsində ortaq razılığa gələ bilmirlər. Onun sözlərinə görə, bəzi dövlətlər, xüsusilə Fransa öz hərbçilərini Kiyevə göndərmək niyyətindədir. Lakin Polşa və NATO-nun şərq cinahına daxil olan digər ölkələr bu addımı atmaq istəmədiklərini və belə bir planlarının olmadığını bəyan ediblər.

“Atlantic” yazır ki, Rusiya Prezidenti Vladimir Putinin bağlı qapılar arxasında amerikalılara nə vəd etdiyi və ABŞ rəsmilərinin Moskva ilə müzakirələrdən nə əldə etdiyi Avropa rəsmilərində çaşqınlıq yaradır. ABŞ bu müzakirələrdə aktiv rol oynamır, yalnız kəşfiyyat və məhdud hava dəstəyi ilə prosesə cəlb oluna biləcəyi ehtimal olunur.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 557 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 557 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 557 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 557 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 557 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 557 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 557 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 557 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 557 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 557 baxış
Seçilmişlər
icon