Pleyeri seçin:

Ukraynada dəhşət dolu anlar | Putin Trampı nəyə inandırmağa çalışır?

19 avqust 2025 426 baxış

Avqustun 19-u gecə saatlarında Ukraynanın bir neçə şəhəri Rusiya Silahlı Qüvvələri tərəfindən kütləvi dron hücumuna məruz qalıb. Ölkənin mərkəzində yerləşən Poltava vilayətinə endirilən zərbələr nəticəsində Kremençuq və Lubensk rayonlarında genişmiqyaslı yanğınlar baş verib.

Bu barədə Poltava Regional Dövlət Administrasiyasının rəhbəri Vladimir Koqut məlumat verib.

Bildirilib ki, enerji sektoru müəssisələrinin inzibati binalarına ziyan dəyib, 1500-dən çox sakin işıqsız qalıb.

Kremençuq şəhər meri Vitali Maletski qeyd edib ki, hücumdan sonra şəhərdə bir neçə partlayış və yanğın baş verib. Əsas hədəf enerji və nəqliyyat infrastrukturu olub.

“Putin telefon danışı zamanı Trampı inandırmağa çalışır ki, regionda sülhün bərqərar olmasını istəyir. Volodimir Zelenski isə Ağ Evdə Avropa liderləri ilə danışıqlar aparır. Bunların fonunda isə Putinin Ordusu Kremençuqa növbəti dəfə kütləvi zərbə endirir”, ‒ deyə mer “Telegram” səhifəsində paylaşımında vurğulayıb.

Qeyd edək ki, gecə ərzində Xarkov və Dnepropetrovsk vilayətləri də PUA ilə atəşə tutulub, mülki obyektlərə ziyan dəyib, yaralananlar var.

Avqustun 18-i axşam saatlarında Donetsk vilayətinə hücum nəticəsində isə 4 nəfər həlak olub, 7 nəfər yaralanıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından əlavə edilib ki, son sutka ərzində cəbhədə 186 döyüş toqquşması qeydə alınıb, Rusiya Ordusunun daha 890 hərbçisi və 66 hərbi texnikası məhv edilib.

Banner
Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Dünya
28 oktyabr 2026 426 baxış
ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

Dünya
28 oktyabr 2026 426 baxış
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 426 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 426 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 426 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 426 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 426 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 426 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 426 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 426 baxış
Seçilmişlər
icon