Ukraynada legitim orqan parlament və ali radanın spikeridir | Putin
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukraynada yeganə legitim hakimiyyət parlament və Ali Radanın spikeridir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Özbəkistana etdiyi səfərin yekunlarına dair mətbuat konfransında deyib.
“Görünən və mənə məruzə olunan ilk şey odur ki, Ukrayna Konstitusiyasında səlahiyyət müddətinin uzadılması deyərkən ancaq Ali Rada nəzərdə tutulur və burada Ukrayna Prezidentinin səlahiyyət müddətinin uzadılması barədə heç nə deyilmir. Ukrayna Konstitusiyasının 111-ci maddəsinə əsasən, ali hakimiyyətin səlahiyyətləri parlamentin spikerinə verilir, xüsusən də hərbi vəziyyət şəraitində parlamentin səlahiyyət müddəti uzadılır. Ukrayna dövlətçiliyi prezidentli yox, parlamentli respublika quruluşuna əsaslanır. Konstitusiyanın özünün və onun əsasında qəbul edilən hüquqi aktların bu şəkildə qurulması tamamilə məntiqlidir”, – Rusiya lideri bildirib.
V.Putin əlavə edib ki, Ukraynada hakimiyyətin legitimliyi sualına yekun cavabı Ukraynanın siyasi və hüquqi sistemi verməlidir və bu, o qədər də çətin deyil.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
