Ukraynada su elektrik stansiyası partladıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada Kaxovka Su Elektrik Stansiyasının bəndi məhv edilib. Hadisənin görüntüləri “Telegram”da yayılıb.
Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən SES-in bəndinin kim tərəfindən vurulduğu barədə hələlik dəqiq məlumat yoxdur.
Ukraynanın “Cənub” operativ komandanlığı stansiyanın Rusiya tərəfindən partladıldığını açıqlayıb. Lakin Novaya Kaxovka şəhərinin qondarma meri Vladimir Leontyev yayılan görüntülərə baxmayaraq, məlumatı təkzib edib. “Şəhərdə sakitlikdir”, – deyə o əlavə edib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Kaxovka SES-in bəndinin partladılmasına görə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırır. Bu barədə şuranın katibi Oleksiy Danilov “Twitter”də məlumat verib.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
