Pleyeri seçin:

Ukraynada yeni epidemiya dalğası

01 iyul 2023 463 baxış

Bir ay əvvəl Rusiyanın Ukraynanın Xerson vilayətində Koxovka Su Elektrik Stansiyasının bəndini partlatması nəticəsində ölkənin cənub-şərqi daşqınlara məruz qalıb.

Daşqınlar nəticəsində suda və küçədə yaşayan heyvanlar kütləvi şəkildə tələf olub, ərazidə epidemioloji və infeksion xəstəliklərin yayılması riski artıb. Bölgənin intensiv döyüş meydanı olması səbəbindən qabaqlayıcı tədbirlərin görülməsi də mümkün deyil.

Mütəxəssislərin sözlərinə görə, bölgədə baş verən fəlakət səbəbindən dünya yeni epidemiya dalğası ilə üz-üzə qala bilər.

Ukrayna Ali Radasının Xerson vilayətindən olan deputatı Pavel Pavliş regionda vəziyyətin getdikcə pisləşdiyini deyib.

“Kaxovka SES bəndinin partladılması ölkəmizə qarşı törədilən ekoloji soyqırımıdır. Bu, yalnız Ukrayna üçün deyil, eyni zamanda dünya üçün ciddi bir problemdir. Suyun geri çəkilməsindən sonra çoxsaylı dağıntılar, heyvan cəsədləri aşkar edilir. Ruslar insanların və heyvanların təxliyəsi üçün heç bir iş görməyib. Ölənlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur, lakin yalnız Dneprin sol sahilindəki itkiləri nəzərə alsaq, ölənlərin sayının 1 000 nəfərə çatma ehtimalı var. İnsanların ərazidən çıxmasına icazə verilməməsi və təxliyə işinin aparılmaması səbəbindən ölənlərin sayının daha çox olduğunu güman edirik.

Faciənin miqyasını qismən də olsa azaltmaq üçün epidemioloji vəziyyətə nəzarət olunmalı və laboratoriya analizləri aparılmalıdır. Çünki hazırda Xersonda hava çox istidir. Bu isə cəsədlərin daha çox parçalanmasına, onların havaya və suya qarışmasına səbəb olur.

Dneprin sağ sahilində 25 nəfər ölüb, onlardan ikisi uşaqdır. Daha 32 nəfərin isə itkin düşdüyü güman edilir və onların da ikisi azyaşlıdır”, – deyə millət vəkili bildirib.

Qeyd edək ki, ağır epidemioloji vəziyyətə baxmayaraq, Xerson vilayəti istiqamətində döyüşlər yenidən şiddətlənib.

Banner
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 463 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 463 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 463 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 463 baxış
980 mindən çox vətəndaş qonşu Çada qaçıb

980 mindən çox vətəndaş qonşu Çada qaçıb

Dünya
07 noyabr 2026 463 baxış
Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Dünya
07 noyabr 2026 463 baxış
“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

Dünya
07 noyabr 2026 463 baxış
Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Dünya
07 noyabr 2026 463 baxış
Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Dünya
07 noyabr 2026 463 baxış
İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

Dünya
07 noyabr 2026 463 baxış
Seçilmişlər
icon