Pleyeri seçin:
Ukraynadan Belarusa xəbərdarlıq
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko deyib ki, ölkəsi Belarusdan gələ biləcək təhlükələrin qarşısını almağa hazırdır.
Onun sözlərinə görə, hökumətin və hərbçilərin bununla bağlı konkret fəaliyyət planı mövcuddur. Nikolenko onu da deyib ki, Rusiya bütün imkanları ilə Belarusu birbaşa müharibəyə çəkməyə çalışır.
“Ukrayna Minskə növbəti istənilən aqressiv planlara qarşı xəbərdarlıq edir. Biz öz tərəfimizdən Belarusa qarşı hər hansı təcavüzkar niyyətin olmadığını təsdiq edirik”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna hadisələrin istənilən inkişafına hazırdır və yalnız BMT Nizamnaməsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan yararlanmaqla hərəkət edəcək.
Kopyalandı
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
