Ukraynadan Tatarıstana şiddətli PUA hücumu | Yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 2-si səhər saatlarında Rusiyanın Tatarıstan Respublikasının Alabuqa və Nijnekamsk rayonlarına ümumilikdə 3 ədəd pilotsuz uçuş aparatları ilə hücum olub. PUA-lar “Elaz-Neft məhsulları” Neft emalı zavodu və “Alabuqa” xüsusi iqtisadi zonasına yönlənib.
Bu barədə ölkə rəhbəri Rüstəm Minnixanovun mətbuat xidməti məlumat verib. Hadisə nəticəsində 12 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldıqları bildirilib. Qeyd olunub ki, müəssisəyə ciddi ziyan dəyib.
"Xəsarət alanlardan 3-ü artıq evə buraxılıb, qalanları isə tibb müəssisəsində müalicə olunacaq. Bir neçə yaşayış binasına ziyan dəyib. Təəssüf ki, Alabuqada dağıntılar nəticəsində zədələnmiş tikililər var", – deyə mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Ukrayna mətbuatında yayılan məlumatlarda bildirilib ki, sözügedən zavodda “Shahed” raketləri hazırlanırdı.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
