Ukraynanın dron hücumu aranı qatdı: Sensasiyalı məqalənin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın hərbi və enerji infrastrukturuna qarşı ardıcıl hücumları Rusiyada ciddi müdafiə tədbirlərinin görülməsinə səbəb olub. "The Barents Observer" nəşrinin peyk görüntülərinə əsaslanan sensasiyalı məqaləsində, Ukrayna sərhədindən 2500 kilometrdən çox uzaqda yerləşən Novaya Zemlya arxipelaqındakı nüvə poliqonunun müdafiəsinin gücləndirildiyi üzə çıxıb. Məlumata görə, poliqonun təminat bazası olan Severni qəsəbəsində yerləşən strateji yanacaq çənləri dronların birbaşa zərbəsindən qorunmaq üçün qoruyucu metal torlarla örtülüb. Bu tədbir dronların hədəf üzərində partlamasının və yanacaq ehtiyatlarının yanmasının qarşısını almağa hesablanıb. Bu addım Ukraynanın PUA hücumlarının təsirinin Rusiyanın ən ucqar hərbi obyektlərinə qədər uzandığını və təhlükəsizlik sahəsində yeni narahatlıqlar yaratdığını göstərir.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
