Ukraynanın güclənməsi Avropa üçün ədalətli sülhü yaxınlaşdırır | Zelenskidən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukraynanın güclənməsi və cəbhədə hərbçilərə dəstək verilməsi müharibənin sonunu və bütün Avropa üçün ədalətli sülhü yaxınlaşdırır”.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Çexiyanın Baş naziri Petr Fiala ilə görüşü ilə bağlı “X”də yazıb.
Qeyd olunub ki, görüşdə Ukraynaya davamlı dəstək əsas müzakirə mövzusu olub.
Zelenski bildirib ki, Ukrayna gələn ilin ikitərəfli münasibətlər üçün mümkün qədər məhsuldar olmasına ümid edir.
“Bu gün biz strateji enerji obyektlərini qorumaq üçün hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə xüsusi diqqət yetirməklə Ukraynanın cari müdafiə ehtiyaclarını müzakirə etdik”, – deyə o əlavə edib.
Qeyd edək ki, daha əvvəl ABŞ-də prezident seçkilərində qalib gələn Donald Tramp müharibənin dayandırılmasında müəyyən irəliləyişin olduğunu bildirmişdi.
#Volodimir Zelenski teqi istifadə olunub
- Zelenski Putinlə danışmaqdan niyə imtina etdi? | İran uzun savaşa hazırdır? - YENİ BİR SƏHƏR
- Rusiya yeni zərbələrə hazırlaşır?
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
- Taxıl dəhlizi yenidən açılacaq?
- Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV
