Ukraynanın müxalif partiya sədri hökuməti "faşist rejim" adlandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın müxalif “Batkivşina” partiyasının sədri Yuliya Timoşenko hökuməti “faşist rejim” adlandırıb.
O bu “faşist rejim”in başında Prezident Volodimir Zelenskinin dayandığını bildirib.
“Məni ölkədən qovmaq istəyirlər. Üç dəfə buna cəhd etdilər, hər dəfə geri qayıtmamağımı dedilər. Amma mən burada olacağam, heç yerə getməyəcəyəm. İstəyirəm ki, hamı – həm Korrupsiyaya qarşı Mübarizə Bürosu, həm də onlara göstəriş verənlər bilsinlər: ölkə bu faşist rejimdən azad olana qədər burada olacağam”, – müxalifət lideri vurğulayıb.
Xatırladaq ki, Ukrayna Korrupsiyaya qarşı Mübarizə Bürosu yanvarın 14-də Yuliya Timoşenkonun ofisində axtarış aparıb. O, qanun layihələri üzrə səsvermə üçün Ali Rada deputatlarına rüşvət verməkdə ittiham olunur.
#Ukrayna teqi istifadə olunub
- Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib
- Zelenski Maskın maliyyə imkanları ilə Avropa siyasətinə təsirini yolverilməz sayıb - Baku TV CANLI
- Kiyev milyarderin açıqlamalarına niyə sərt reaksiya verdi?
- Ukrayna Almaniyadan hərbi yardımın sürətləndirilməsini istəyir
- ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM
