Pleyeri seçin:

Ukraynanın taleyi ABŞ-dən asılı qaldı - Kiyevdə qızğın müzakirə

10 aprel 2024 452 baxış

Ukrayna Prezidenti Volodimir Zelenskinin yerli mətbuata müsahibəsində “ölkəmizin taleyi ABŞ-də prezident seçkisinin girovuna çevrilib” deməsi regionda ciddi müzakirələrə səbəb olub.

Bu, genişmiqyaslı müharibənin getdiyi Ukraynada ABŞ-yə qarşı ikrah hissini artırıb. Yerli və Avropa mediası hazırda bu mövzuda müzakirələrlə doludur.

Hərbi ekspert Dmitro Qromakov Baku TV-yə açıqlamasında bildirib ki, təkcə Ukrayna deyil, bütün xarici siyasət ABŞ-də keçirilən prezident seçkilərindən asılı vəziyyətə düşüb:

“Bu vəziyyət həm ABŞ-nin özü, həm də bütövlükdə Avropa üçün bir sıra ciddi risklər daşıyır. Biz artıq Almaniyanın öz döyüş potensialını artırmaq istəyini və Fransanın Avropada əsas, dəstəkləyici hissə kimi çıxış etmək səylərini, hətta nüvə çətirinin ABŞ-dən Böyük Britaniyaya doğru dəyişməsini müşahidə edirik.

Yəni əslində, Rusiyanın nüvə təhdidinə əsas cavab da Böyük Britaniyadan verildi. Buna görə də bu vəziyyətdə ABŞ-nin qeyri-müəyyənlik dövrü nə qədər uzun çəkərsə, ABŞ Avropada daha çox təsirini itirəcək.

Bu, ona gətirib çıxarır ki, bu və ya digər şəkildə amerikalılar ilk növbədə Avropada öz siyasi təsirlərini itirəcəklər. Avropa rəsmilərinin və hərbi ittifaq ölkələrinin, Avropa müttəfiqi ölkələrinin ritorikasına baxsaq, bu tendensiyalar artıq nəzərə çarpır”.

Qeyd edək ki, hazırda Rusiya və Ukrayna arasında Xarkov, Donetsk, Xerson, Zaporojye vilayətləri uğrunda gedən döyüşlərin kəskinləşməsi fonunda ölkələr digər arxa şəhərlərə də hava hücumlarını artırıb. Eyni zamanda 1 illik fasilədən sonra cəbhə xəttində mövqe dəyişiklikləri var. 

Banner
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 452 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 452 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 452 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 452 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 452 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 452 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 452 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 452 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 452 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 452 baxış
Seçilmişlər
icon