Pleyeri seçin:

Ukraynanın taleyi yenidən masada | Avropa təcili hərəkətə keçdi

29 avqust 2025 649 baxış

Avropa liderləri Rusiya və Ukrayna cəbhə xətləri arasında 40 kilometrlik bufer zonanın yaradılması ideyasını müzakirə edirlər.

“Politico”nun məlumatına görə, bu təşəbbüs Moskvanın təkliflərindən qaynaqlanıb və əgər həyata keçirilsə, qitədə yerləşdiriləcək məhdud sayda sülhməramlı qüvvələri son dərəcə mürəkkəb vəziyyətə sala bilər.

Beş avropalı diplomat bildirib ki, bu, hazırda masada olan yalnız bir neçə ssenaridən biridir və əsasən müharibədən sonrakı dövr və ya mümkün atəşkəs variantı üçün nəzərdə tutulur. Lakin zonanın konkret dərinliyi barədə yekdil razılaşma yoxdur.

Ən böyük sual isə Ukraynanın bu planı qəbul edib-etməyəcəyi ilə bağlıdır. Çünki belə bir zonanın yaradılması ərazi güzəştlərini qaçılmaz edəcək. ABŞ isə bu müzakirələrdə iştirak etməkdən imtina edir.

Rəsmilərin Ukraynanın daxilində müəyyən əraziləri “təhlükəsizlik zolağı”na çevirmək niyyəti NATO müttəfiqlərinin artıq dörd ildir davam edən müharibənin dayandırılması üçün nə qədər çıxışsız durumda olduqlarını nümayiş etdirir. Amma Moskva tərəfi heç bir kompromisə getmək niyyətində deyil. Prezident Vladimir Putin açıq şəkildə döyüş əməliyyatlarını dayandırmaq istəyi göstərmir.

Barak Obama administrasiyası dövründə Avropa və NATO siyasəti üzrə Pentaqonda çalışmış keçmiş yüksəkvəzifəli məmur Cim Taunsend bu təşəbbüsü sərt şəkildə tənqid edib.

“Onlar saman çöpündən yapışırlar. Ruslar avropalılardan qorxmur. Əgər kimsə düşünürsə ki, bir neçə britaniyalı və fransız müşahidəçi Moskvanı Ukraynaya təcavüzdən çəkindirəcək, çox yanılır”, – deyə o bildirib.

Məqalədə vurğulanır ki, avropalı diplomatlar bu “bufer zona” planını Şimali və Cənubi Koreya arasındakı silahlı sərhədlə müqayisə etmirlər. Əksinə, onlar bu təşəbbüsü daha çox “Soyuq müharibə” illərində Almaniyanın bölünməsi ilə assosiasiya edirlər.

Beləliklə, Avropanın Ukrayna ilə Rusiya arasında yeni “divar” çəkmək cəhdi həm qitədə yeni siyasi reallıqlar yarada, həm də uzunmüddətli gərginlikləri dərinləşdirə bilər.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 649 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 649 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 649 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 649 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 649 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 649 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 649 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 649 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 649 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 649 baxış
Seçilmişlər
icon