Pleyeri seçin:

Ultrabənövşəyi şüaların ən güclü vaxtı açıqlanıb

20 aprel 2026 379 baxış

Qış aylarından sonra dərinin həssaslığı artır. Bu səbəbdən yaz fəslində havanın sərin olmasına baxmayaraq, günəş şüaları asanlıqla dəri yanıqlarına səbəb ola bilər.

Bu barədə rusiyalı dermatoloq danışıb.

"Əksəriyyət yaz günəşinin zərərini ciddiyə almır, çünki sərin hava aldadıcı ola bilər. Ancaq ilin bu dövründə ultrabənövşəyi şüalar çox aktivləşir və qışdan çıxmış dəri daha zəif olur. Baharda atmosferin qoruyucu qatı nazikləşdiyi üçün ultrabənövşəyi şüalar Yer səthinə daha güclü təsir edir. Həmçinin havanın temperaturunun yüksək olmaması yaydakı kimi istilik hissi yaratmır. Nəticədə sərin havada belə fərqinə varmadan günəşdə yanmaq ehtimalı yüksəkdir.

Qış aylarında melanin istehsalının azalması və dərinin təbii qoruyucu xüsusiyyətlərini itirərək ağarması riskləri daha da artırır. Bunun nəticəsində immunitetin zəifləməsi və şüaların birbaşa təsiri ilə yaranan bədxassəli dəri xəstəlikləri, kollagenin parçalanması nəticəsində erkən qırışlar, elastikliyin itməsi, yaş ləkələrinin əmələ gəlməsi ilə müşayiət olunan fotoqocalma, həmçinin günəş yanıqları və allergik hallar baş verə bilər", – deyə mütəxəssis bildirib.

O, dərini qorumaq üçün günəş kremlərindən, baş geyimlərindən və nəmləndirici vasitələrdən istifadə etməyi tövsiyə edib.

"Ultrabənövşəyi şüaların ən güclü olduğu saatlarda – 11:00-16:00 aralığında birbaşa günəş altında qalmaqdan çəkinmək lazımdır", – deyə həkim əlavə edib.

Banner
Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Dünya
27 oktyabr 2026 379 baxış
Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 379 baxış
Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Dünya
27 oktyabr 2026 379 baxış
Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Dünya
27 oktyabr 2026 379 baxış
Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 379 baxış
Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 379 baxış
Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Dünya
27 oktyabr 2026 379 baxış
Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 379 baxış
Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Dünya
27 oktyabr 2026 379 baxış
Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır

Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır

Dünya
27 oktyabr 2026 379 baxış
Seçilmişlər
icon