Pleyeri seçin:

Unudulmuş təcrübənin 40 il sonrakı nəticələri üzə çıxdı | Sincablar hər kəsi şoka saldı

24 aprel 2025 653 baxış

Elmi təcrübələr həmişə alimlərin gözlədiyi nəticələri vermir. Məhz belə bir şey 40 il əvvəl ABŞ-də keçirilən və ilk baxışda əhəmiyyətsiz görünən bir tədqiqat zamanı baş verib. Lakin onun yekun nəticələri yalnız indi qiymətləndirilib.

1980-ci ildə ABŞ-nin Vaşinqton ştatında Müqəddəs Yelena vulkanı püskürmüşdü. Bərkimiş lava, kül və daşlar ətrafdakı bütün landşaftı qalın bir təbəqə ilə örtmüş, yerli meşələri və çəmənlikləri məhv etmişdi.

Aydın idi ki, landşaftın ilkin vəziyyətinə qayıtması üçün onilliklər, hətta əsrlər lazım olacaq.

O zaman amerikalı alimlər sincabların fəaliyyətinin məhv olmuş ekosistemin bərpasına təsiri barədə təcrübə keçirmək qərarına gəliblər. Fikir ondan ibarət olub ki, sincablar kül və bərkimiş lava təbəqəsində yuva qazarkən altındakı münbit torpağı və onunla birlikdə ekosistem üçün faydalı göbələk və bakteriyaları üzə çıxaracaq. Bu da belə yerlərdə bitki örtüyünün daha tez bərpasına kömək edəcəkdi.

Beləliklə, vulkan püskürməsindən iki il sonra bir qrup sincab bir gün həmin ərazidə saxlanılıb. Altı il sonra sincabların qazdıqları yerdə 40 mindən çox bitki boy atıb.

İlkin sınaqlardan 40 il sonra alimlər yenidən təcrübə sahəsini araşdırıb və orada inanılmaz bir irs aşkar ediblər. Bir zamanlar sincabların qazdığı yerlərdə vulkan ətrafında qalmış köhnə meşələrdən daha çox müxtəlif bakteriya və göbələk nümunələri tapılıb.

Kopyalandı
Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 653 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 653 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 653 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 653 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 653 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 653 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 653 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 653 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 653 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 653 baxış
Seçilmişlər
icon