“Vaşinqton hərbi yox, humanitar dəstək verəcək” | ABŞ-dən məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin vitse-prezidenti Cey Di Vens, "ABC News" telekanalına müsahibəsində Vaşinqtonun Yaxın Şərqdəki siyasətinə aydınlıq gətirib. O, Prezident Donald Trampın Qəzza zolağına və ya İsrailə hərbi qoşun yerləşdirmək planının olmadığını bəyan edib və mətbuatda 200 əsgərin göndərilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. Vens vurğulayıb ki, ABŞ Mərkəzi Komandanlığının bölgədə mövcud personalı yalnız atəşkəs rejiminə nəzarət və humanitar yardım axınının təmin edilməsi ilə məşğul olacaq. Vitse-prezident həmçinin əlavə edib ki, İndoneziya da daxil olmaqla bir neçə böyük müsəlman ölkəsi, Qəzzada təhlükəsizliyi təmin etmək və atəşkəsi qorumaq üçün bölgəyə öz qoşunlarını göndərməyə hazır olduqlarını bildiriblər.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
