Venesuela ABŞ-nin hücumuna cavab hazırlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Venesuela ABŞ tərəfindən mümkün hərbi müdaxilə halında iki fərqli cavab strategiyası hazırlayıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, birinci plan ölkə üzrə 280-dən çox nöqtədə kiçik silahlı dəstələrdən istifadə edərək sabotaj və partizan müqaviməti təşkil etməyi nəzərdə tutur.
İkinci ssenari isə “anarxizasiya” adlanır və hakim partiyanın tərəfdarları və xüsusi xidmət orqanları vasitəsilə kütləvi iğtişaşlar yaratmağı, ölkəni idarəolunmaz vəziyyətə salmağı planlayır.
Bundan öncə Donald Tramp Venesuela üzərində hava məkanının bağlandığını elan edərək ABŞ-nin yaxın zamanda narkotik qaçaqmalçılığına qarşı quru əməliyyatlarına başlaya biləcəyini bildirib.
Vaşinqton Venesuela hökumətini narkotik qaçaqmalçılığı ilə yetərincə mübarizə aparmamaqda ittiham edir və ABŞ donanması artıq Karib dənizində hərbi qüvvələr yerləşdirib. Sentyabrdan bəri ABŞ Ordusu bölgədə ən azı 20 sürətli qayığı məhv edib və 80-dən çox insan həlak olub.
#Venesuela teqi istifadə olunub
- Venesuelada neft hasilatı ilə bağlı son illərin rekord nəticəsi
- Keçmiş prezident siyasi rəqiblərinə işgəncə verməkdə günahkar bilinir
- Maduronun devrilməsindən sonra Venesuelanın neft bazarında böyük dəyişiklik başlayır - Baku TV
- Tərəflər uzun illərdən sonra enerji sektorunda yeni əlaqələr qurur - Baku TV CANLI
- Venesuelada seçkilərin keçirilməsi məsələsi yenidən gündəmə gəlib
