Venesuela neft hasilatını və ixracını azaldıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin tətbiq etdiyi blokada ilə əlaqədar olaraq Venesuela neft hasilatını və ixracını sutkada 0,6 milyon barel azaldıb.
Bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası İdarəsinin hesabatında bildirilir.
Nazirliyin məlumatına görə, ABŞ sanksiyaları çərçivəsində tətbiq edilən neft blokadası və Venesuelaya məxsus sanksiyaya məruz qalan neft tankerlərinin Latın Amerikası ölkəsi yaxınlığında ələ keçirilməsi ölkənin neft ixracının böyük hissəsinin dayanmasına, bunun nəticəsində isə hasilatın da dayandırılmasına səbəb olub.
Qeyd edək ki, 7 yanvar tarixində ABŞ Energetika Nazirliyi bəyan edib ki, Birləşmiş Ştatlar artıq Venesuela neftinin dünya bazarlarında satışına başlayıb. Nazirlik vurğulayıb ki, neft satışından əldə olunan vəsaitlər Birləşmiş Ştatların nəzarətində olan bank hesablarına köçürüləcək. Daha sonra bu vəsaitlər Vaşinqtonun qərarına əsasən ABŞ və Venesuela xalqlarının maraqları naminə bölüşdürüləcək.
#Venesuela teqi istifadə olunub
- Venesuelada neft hasilatı ilə bağlı son illərin rekord nəticəsi
- Keçmiş prezident siyasi rəqiblərinə işgəncə verməkdə günahkar bilinir
- Maduronun devrilməsindən sonra Venesuelanın neft bazarında böyük dəyişiklik başlayır - Baku TV
- Tərəflər uzun illərdən sonra enerji sektorunda yeni əlaqələr qurur - Baku TV CANLI
- Venesuelada seçkilərin keçirilməsi məsələsi yenidən gündəmə gəlib
