Pleyeri seçin:

Venesuela prezidenti Maduronun saxlanılmasının detalları - Baku TV

04 yanvar 2026 536 baxış

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması ilə bitən əməliyyatın aylarla davam edən dəqiq və koordinasiyalı planlaşdırmanın nəticəsi olduğunu bildirib.

General D.Keyn qeyd edib ki, əməliyyat bütün hərbi bölmələr və kəşfiyyat qurumları arasında uzunmüddətli birgə əməkdaşlıq əsasında həyata keçirilib.

Onun sözlərinə görə, hazırlıq mərhələsində N.Maduronun gündəlik hərəkətləri, həyat tərzi, səyahət marşrutları və hətta geyim vərdişlərinə qədər bütün detallar diqqətlə izlənilib.

Bildirilib ki, ötən yay Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən Venesuelaya yerləşdirilən kiçik qrup N.Maduronun fəaliyyətini real vaxt rejimində nəzarətdə saxlayıb. Yanvarın 3-də gecə başlayan əməliyyat çərçivəsində 20 fərqli quru və dəniz bazasından 150-dən çox hərbi təyyarənin havaya qalxdığı açıqlanıb.

Əməliyyatın əsas hissəsini xüsusi təyinatlı qüvvələri daşıyan helikopterlər təşkil edib. Onlar radar aşkarlanmasından yayınmaq məqsədilə su səthindən cəmi 30 metr yüksəklikdə uçublar. Strateji obyektlərə endirilən zərbələrlə qorunan helikopterlər yerli vaxtla təxminən saat 01:00 radələrində N.Maduronun olduğu əraziyə çatıb.

Açıqlamada qeyd olunub ki, N.Maduro və həyat yoldaşının saxlanılması zamanı ABŞ qüvvələri atəşə məruz qalıb və bir neçə özünümüdafiə xarakterli toqquşma baş verib.

Əməliyyat qüvvələri saat 03:29-da Venesuela ərazisini tərk edərək Nikolas Maduro və onun həyat yoldaşını müvəqqəti saxlanma üçün hərbi gəmiyə köçürüblər. Onların daha sonra Nyu-Yorka aparılacağı bildirilib.

General D.Keyn vurğulayıb ki, əməliyyat zamanı bir ABŞ hərbi təyyarəsi zərər görsə də, uçuş qabiliyyətini qoruya bilib və tapşırığını yerinə yetirib. Bütün hava vasitələri təhlükəsiz şəkildə bazalarına qayıdıb.

Banner
Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Dünya
04 noyabr 2026 536 baxış
Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Dünya
04 noyabr 2026 536 baxış
Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Dünya
04 noyabr 2026 536 baxış
Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Dünya
04 noyabr 2026 536 baxış
Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Dünya
04 noyabr 2026 536 baxış
ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir

ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir

Dünya
04 noyabr 2026 536 baxış
Fon der Lyayen qalıq yanacaqlardan asılılığın iqtisadi risklərindən danışıb

Fon der Lyayen qalıq yanacaqlardan asılılığın iqtisadi risklərindən danışıb

Dünya
04 noyabr 2026 536 baxış
Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur

Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur

Dünya
04 noyabr 2026 536 baxış
Rusiyanın dron arsenalı ilə bağlı narahatlıqlar müharibədən sonrakı dövrə də aiddir

Rusiyanın dron arsenalı ilə bağlı narahatlıqlar müharibədən sonrakı dövrə də aiddir

Dünya
04 noyabr 2026 536 baxış
Almaniya Kansleri Rusiyaya atəşkəslə bağlı çağırış edib

Almaniya Kansleri Rusiyaya atəşkəslə bağlı çağırış edib

Dünya
04 noyabr 2026 536 baxış
Seçilmişlər
icon