Venesuela Prezidentindən Zelenskiyə sərt sözlər | Bizim təlxəyimiz var idi...
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna Prezidenti Zelenski Qərbin marionetidir”.
Bu sözləri Venesuela Prezidenti Nikolas Maduro deyib.
“Bu, imperializmin marionet təyin etməsi, ondan istifadəsi və sonra zibil qutusuna atması ilə bağlı ilk hadisə deyil. Zelenski kimi bizim də bir təlxəyimiz var idi – Quaido. İmperializm onu tutub Mayamidəki zibilliyə atdı. İndi o, Mayamidə zibil kimi yaşayır, amma cibində milyonlarla. Quaido kimi xalqı parçalamaq, nifrətlə doldurmaq, müharibə aparmaq üçün təxribat və yalanlarla istifadə olunacaq nümunələr yenə də olacaq.
İmperializm şeytana bənzəyir – sən ona xidmət edirsən, sonra o sənə tüpürür. Deyəsən, Zelenskini də eyni tale gözləyir: bir dəfə uğursuzluğa düçar olursan, səni çölə atırlar, təpikləyirlər, səni tərk edirlər. Ruhunu şeytana satanların aqibəti budur”, – Maduro bildirib.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
