Vladimir Putin də bu saatlardan alır
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında yerləşən "Raketa" saat zavodu britaniyalı sahibkar David Henderson Stüartın rəhbərliyi ilə yenidən fəaliyyətə başlayaraq lüks bazarda mövqeyini gücləndirib.
2010-cu ildə zavodu tərəfdaşı ilə birlikdə alan Henderson müəssisənin ağır vəziyyətdə olduğunu, az sayda ustanın köhnə avadanlıqlarla işlədiyini bildirib. Sovet dövründə isə zavodda minlərlə işçi çalışaraq, həm kütləvi istehlak, həm də kosmonavtlar üçün saatlar istehsal olunub.
Yeni rəhbərlik zavodu “Made in Russia” brendi ilə yüksək seqmentə yönəldib. "Raketa" saatları hazırda 700-3500 dollar aralığında satışa çıxarılır.
Saatın alıcıları arasında Rusiya Prezidenti Vladimir Putinin də adı var. Belə ki, bu zavoda aid saat taxması brendin populyarlığını daha da artırıb. Şirkət rəhbərliyi bildirir ki, bundan sonra oxşar modellərə maraq əhəmiyyətli dərəcədə yüksəlib.
Hazırda zavodda 200-dən çox işçi çalışır və mexaniki saatların bütün əsas hissələri müəssisə daxilində istehsal olunur. Bu isə qlobal saat sənayesində nadir hallarda rast gəlinən yanaşmadır.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
