Vurulan gəmi ilə bağlı türkiyəli rəsmidən açıqlama | ”Vətəndaşlarımız zərər görməyib” - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Dekabrın 12-də Ukraynanın Qara dəniz limanına hücum nəticəsində türk şirkətinə məxsus xarici ölkə bayrağı altında üzən gəmi də zərər görüb. Bu hadisə bölgəmizdə davam edən müharibənin Qara dəniz ərazi sularına yayılması ilə dəniz təhlükəsizliyi və naviqasiya azadlığı baxımından daha əvvəl qeyd etdiyimiz narahatlıqların haqlı olduğunu göstərir”.
Bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanatında qeyd edilib.
Bildirilib ki, ilkin məlumatlara görə, gəmidəki heyət və yük avtomobili sürücüləri təxliyə edilib. Hücumda Türkiyə vətəndaşları zərər görməyib. Türkiyənin Odessadakı Baş Konsulluğu prosesi yaxından izləyir və vətəndaşlara lazımi dəstək göstərir.
“Bu fürsətdən istifadə edərək, Rusiya və Ukrayna arasındakı müharibənin təcili olaraq dayandırılmasının əhəmiyyətini bir daha vurğulayırıq. Qara dənizdə gərginliyin artmasının qarşısını almaq məqsədilə naviqasiya təhlükəsizliyini, eləcə də tərəflərin enerji və liman infrastrukturunu hədəf alan hücumların dayandırılması istiqamətində razılaşmanın əldə edilməsinin vacibliyini xatırladırıq”, – deyə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
#Qara dəniz teqi istifadə olunub
- Antonio Koşta Qara dənizdə gəmilərə endirilən zərbələri pisləyib
- Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV
- Qara dənizdə daha gərgin ssenarilərə hazırlıq gedir? - Rusiya və Ukraynaya təklif - Baku TV
- Gəmidə itkin düşən azərbaycanlının axtarışları davam etdirilir - Baku TV
- Qara dənizdə mülki gəmi iki dronun hədəfinə çevrildi - ANA XƏBƏR
