Vurulan tankerin ekipajının səs yazısı yayıldı | Abdulkadir Uraloğlu açıqlama verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Qara dənizin Türkiyə sahillərində "Virat" tankerinə hücumla bağlı ekipajın səs yazısı yayılıb.
Türkiyənin "A Haber" telekanalının efirində yayımlanan səs yazısında gəmi heyəti dron hücumuna məruz qaldığını və köməyə ehtiyacının olduğunu bildirir.
Xatırladaq ki, "Virat"la yanaşı, Türkiyənin Qara dəniz sahillərində daha bir gəmi – "Kairos"da yanğın baş verib. Hər iki gəminin Ukrayna dəniz dronlarının hücumuna məruz qaldığı ehtimal edilir. Tankerlərin Rusiyanın kölgə donanmasına aid olduğu və sanksiyalardan kənar neft daşıdığı vurğulanır.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu telekanala bildirib ki, hazırda "Kairos" tankerində yanğın davam edir.
"Gəmimiz onu söndürür və vaxtaşırı partlayış səsləri eşidilir. "Kairos" hələ batmayıb. Məndə olan məlumata görə, ikinci gəmidə yanğın yoxdur, lakin gövdədə zədə var", – deyə A.Uraloğlu qeyd edib.
Nazir yanğına xarici müdaxilənin, ehtimal ki, mina partlamasının səbəb ola biləcəyini deyib.
#Dron hücumu teqi istifadə olunub
- Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV
- Dron hücumu zamanı iki vilayətdə yaşayış binaları və tibb müəssisəsi ziyan çəkib
- Husilər Səudiyyə Ərəbistanının paytaxtında Müdafiə Nazirliyinə hücum etdiklərini bildirirlər
- Rusiyanın neft terminalına dron zərbəsi endirilib
- Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV
