Xalq artisti toyu üçün niyə Putindən icazə alacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın 62 yaşlı Xalq artisti Qriqori Leps 19 yaşlı nişanlısı Avrora Kiba ilə toyunun maddi problemlər səbəbindən təxirə salındığı barədə yayılan xəbərləri təkzib edib.
Rusiya mediası xəbər verir ki, müğənni jurnalistlərə açıqlamasında məsələnin maliyyə ilə əlaqəli olmadığını, toyun gecikməsinin Rusiyada mövcud olan ümumi vəziyyətlə bağlı olduğunu bildirib.
Leps qeyd edib ki, istənilən halda pul tapmaq onun üçün problem deyil. Onun sözlərinə görə, hazırkı şəraitdə genişmiqyaslı və dəbdəbəli tədbir keçirmək uyğun hesab olunmur.
Müğənni toy mərasiminin keçirilməsi üçün Rusiya Prezidenti Vladimir Putindən icazə almağı düşündüyünü də açıqlayıb. Bildirib ki, Prezident razılıq verərsə, toy baş tutacaq.
Qriqori Leps əlavə edib ki, toy mərasiminə Vladimir Putini də dəvət etməyi planlaşdırır.
#Rusiya teqi istifadə olunub
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
- Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI
- Sankt-Peterburqda kilsə fasadı nəhəng ekrana çevrilib
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
