Pleyeri seçin:

Xalq fəxr etməlidir ki... | Şahbaz Şərif sərhəddə baş verənlərdən danışdı

08 may 2025 352 baxış

“Pakistan xalqı 7 may gecəsi Hindistan Hərbi Hava Qüvvələrinin kütləvi hava hücumunun qarşısını alarkən Milli Silahlı Qüvvələrin nümayiş etdirdiyi peşəkarlıq, vətənpərvərlik və koordinasiya ilə qürur duymalıdır”.

Bunu Pakistan Baş naziri Şahbaz Şərif parlamentdə çıxışı zamanı deyib.

“Ötən gecə Hindistan 80 qırıcı təyyarə ilə Pakistanın altı fərqli bölgəsinə, o cümlədən Azad Cəmmu və Kəşmir, Bahavalpur, Şakargarh və Sialkot bölgələrinə hava zərbələri endirməyə cəhd etdi. Lakin Pakistan Hərbi Hava Qüvvələri beş təyyarəni, o cümlədən üç “Rafale” qırıcısını vurdu. Onlardan biri Hindistanın Batxinda dairəsində qəzaya uğradı, həmçinin bir neçə pilotsuz uçuş aparatı məhv edildi”, ‒ Ş.Şərif bildirib.

Ş.Şərif əlavə edib ki, Pakistan Silahlı Qüvvələri Hindistana ölkənin gücünü və hazırlığını göstərən sarsıdıcı cavab verdi:

“Qarşı tərəfə verilən cavab onları çaşqın vəziyyətə saldı və Pakistanın nüvə dövləti kimi gücünü, şücaətini və qüdrətini dərk etməyə məcbur etdi. Artıq bu onların gecələr rahat yatmasına imkan vermir. Pakistan Hərbi Hava Qüvvələri Hindistan qırıcılarının rabitə sistemlərini susdura bilib və onları geri – Hindistanın Cəmmu və Kəşmir İttifaq Ərazisində yerləşən Şrinagara dönməyə məcbur edib. Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin daha çox təyyarəsini vura bilərdi”.

Ş.Şərifin sözlərinə görə, Pakistan xalqı bu böyük qələbə münasibətilə təbrikə layiqdir, çünki Silahlı Qüvvələr dəqiq məsləhətləşmələr və planlaşdırmadan sonra peşəkarlıq və vətənpərvərliklə koordinasiyalı şəkildə hərəkət etdilər.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 352 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 352 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 352 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 352 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 352 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 352 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 352 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 352 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 352 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 352 baxış
Seçilmişlər
icon