Xarabalığa çevrilən Ukraynanın Berezina kəndindən reportaj
Yeniliklərdən dərhal xəbərdar olun
Berezina kəndi Ukraynanın Jitomir vilayətində Belarusla sərhədə yaxın yerləşir.
Bu günlərdə ardıcıl və həyəcan siqnalları olmadan baş verən silsilə partlayışlar kəndin yarıdan çoxunu dağıdıb. Demək olar ki, xaraba qoyub. Hücumlar nəticəsində 5 nəfərin həlak olduğu, 30 nəfərin yaralandığı bildirilir.
“Anidən partlayış baş verdi, dağıntıların altından sağ çıxdım. İki əlil oğlum yaralandı. Partlayışdan sonra həm ətrafdakı obyektlər, həm də digər evlərə zərər dəyib. Bütün həyatımız boyu qazandığımız, əldə etdiyimiz şeyləri itirdik. Evimin ikinci mərtəbəsi artıq yoxdur. Hətta birinci mərtəbədə də heç nə qalmayıb”, − kənd sakini deyib.
Qeyd edək ki, son günlər paytaxt Kiyev də daxil olmaqla Ukraynanın şimalına hava hücumları hər gün təkrar olur.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
