Xasbikdən iğtişaş çağırışı: Baş Prokurorluq təcili hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xasbik kimi tanınan bloger Xasbulla Maqomedov Dağıstanda iğtişaşlara çağırış edən yazılarına görə Baş Prokurorluq tərəfindən yoxlanılacaq.
“Mash” “Telegram” kanalına istinadla xəbər verir ki, onun sosial şəbəkələrində “Biz yəhudi qaçqınlarına qarşıyıq” sözləri yazılmış və onlara mənzil kirayə verməməyə, onları maşında daşımamağa, müəssisələrdə xidmət göstərməməyə çağıran şəklin yayılmasından sonra abunəçilərindən biri ona qarşı bəyanat yazıb.
İkinci yazıda bloger Xasavyurtda israillilərin yaşadığı iddia edilən “Flamingo” hotelinin administratorlarını qınayıb. Maqomedovun sözlərinə görə, onların hamısını qovmaq lazımdır, əks halda “hotel külə dönəcək”.
Blogerin abunəçisinin fikrincə, bu cür yazılar Dağıstanda iğtişaşlara səbəb ola bilər, ona görə də Xasbikə qarşı nifrət və ekstremizmi qızışdırma maddəsi ilə cinayət işi açılmalıdır. Eyni zamanda növbəti paylaşımlarında bloger etirazçıları pisləyib.
Oktyabrın 28-də yüzlərlə Xasavyurt sakini İsrail vətəndaşlarının hoteldən çıxarılmasını tələb edib. Yerli sakinlər Xasavyurtda israillilərin buraya köçməsi ilə bağlı şayiələr fonunda iki hotelin yaxınlığında toplaşıblar.
Dağıstanın rəhbəri Sergey Melikov daha sonra bəyan edib ki, tələblərin səbəbi sadəlövh insanların feyk informasiyalara inanması və təxribatçı şayiələrə uymasıdır.
