Pleyeri seçin:

"Xiaomi" öz zavodlarında robotların kütləvi tətbiqinə başlayacaq

01 dekabr 2025 540 baxış

Yaxın beş il ərzində fabrik və zavodlar əsas işi insanabənzər robotların yerinə yetirdiyi sistemlərə keçməyə başlayacaq.

Bunu Çinin “Xiaomi” şirkətinin baş direktoru Ley Tszyun deyib.

“Beijing Daily” qəzetinə verdiyi müsahibədə Ley özünün “Xiaomi” avtomobil zavodundan bir nümunə çəkib. Adətən avtomobilin böyük detalları insan əli ilə yoxlanılır, amma şirkət bunun əvəzinə süni intellekt modeli ilə işləyən qurğu quraşdırıb. İndi yoxlama prosesi insandan 10 dəfə tez, 5 dəfə dəqiq aparılır.

Leyin sözlərinə görə, bu, sənayenin hansı istiqamətə getdiyini göstərən real nümunədir. “Xiaomi”nin baş direktoru bunu “trilyon yuanlıq yeni bir sənayenin doğulması” adlandırıb. Amma belə bir bazarı təkbaşına formalaşdırmaq mümkün deyil, tərəfdaşlıqlar və bir çox şirkətin işləyə biləcəyi birgə mühəndislik platformaları lazımdır.

Ley vurğulayıb ki, “Xiaomi” beş il ərzində öz istehsal xətlərində insanabənzər robotlar tətbiq etməyə başlayacaq. Onlar hazırda insanlar tərəfindən yerinə yetirilən rutin və dəqiq tapşırıqları icra edəcək.

“Ev üçün nəzərdə tutulan robotlar isə zamanla daha da böyük bir sənayeyə çevriləcək. Belə modellər daha güclü aparat, daha ağıllı alqoritmlər tələb edəcək və zavod mühitinə bənzəməyən, adi, amma son dərəcə xaotik tapşırıqların öhdəsindən gəlməyi bacarmalı olacaq”, – o əlavə edib.

“Xiaomi” 2022-ci ildə ilk insanabənzər robot “CyberOne”ı təqdim etmişdi. O vaxtdan bəri şirkət süni intellekt, robototexnika və elektromobillər üçün ağıllı sistemlər üzrə mühəndisləri aktiv şəkildə işə götürür.

Ley izah edib ki, süni intellektin istehsalda tətbiqi tamamilə praktik mühəndislikdir: “Üstəlik, robotlar insanları ağır əl əməyindən azad edir, insanlar daha çox layihələndirmə, planlaşdırma, inkişaf kimi düşüncə tələb edən sahələrə keçir”.

Banner
Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Dünya
04 noyabr 2026 540 baxış
Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Dünya
04 noyabr 2026 540 baxış
Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Dünya
04 noyabr 2026 540 baxış
Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Dünya
04 noyabr 2026 540 baxış
Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Dünya
04 noyabr 2026 540 baxış
Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Dünya
04 noyabr 2026 540 baxış
Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Dünya
04 noyabr 2026 540 baxış
Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Dünya
04 noyabr 2026 540 baxış
ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir

ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir

Dünya
04 noyabr 2026 540 baxış
Fon der Lyayen qalıq yanacaqlardan asılılığın iqtisadi risklərindən danışıb

Fon der Lyayen qalıq yanacaqlardan asılılığın iqtisadi risklərindən danışıb

Dünya
04 noyabr 2026 540 baxış
Seçilmişlər
icon