Pleyeri seçin:
Xidmətçilərinin belə pulunu alıblar | “Piramida”ları çökən məşhur türk cütlük
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın dostları da daxil olmaqla bir çox insanı aldatdıqları iddiası ilə gündəmə gələn türkiyəli fenomen və aktyor Kıvanç Talu və həyat yoldaşı Beril Talu Gürcüstandan qayıdarkən saxlanılıb.
Türkiyə mediası xəbər verir ki, Sabiha Gökçen Hava Limanında yaxalanan cütlük polis idarəsinə aparılıb.
Xatırladaq ki, reklam biznesi ilə məşğul olan cütlüyün qurduqları şirkətlə orta məktəb dostlarından tutmuş evlərində işləyən köməkçilərinə qədər onlarla insandan pul yığdıqları iddia edilib.
Şayiələrə əsasən, onlar piramida sistemi qurub, 30-dan çox adamın kreditə girməsinə, avtomobillərini satmasına səbəb olub.
Cütüyün dostlarından 100 milyon TL (təx. 6 067 354 AZN) alaraq Portuqaliyaya qaçdıqları iddia edilirdi.
Kopyalandı
