Yapon qozunun faydaları nələrdir? | Alimlərdən maraqlı araşdırma
Yeniliklərdən dərhal xəbərdar olun
Gündəlik qəlyanaltıların pekan, yapon qozu ilə əvəz edilməsi qanda xolesterinin səviyyəsini aşağı salmağa və rasionun ümumi keyfiyyətini yaxşılaşdırmağa kömək edir.
ABŞ-nin Pensilvaniya Ştat Universitetinin alimləri bununla bağlı tədqiqat aparıblar.
Metabolik sindromun bir və ya bir neçə əlaməti (hipertoniya, piylənmə, qanda xolesterin və qlükozanın yüksək səviyyəsi) müşahidə edilən 138 nəfər iştirakçı iki qrupa bölünüb.
Qruplardan biri adi qəlyanaltıların əvəzinə gündə təxminən 30 qram pekan qozu istehlak edib, digər qrup isə öz pəhrizinə davam edib. 12 həftə ərzində alimlər mütəmadi olaraq iştirakçıların damarlarının vəziyyəti haqqında məlumat toplayıblar və qan analizlərinə əsasən onların orqanizmindəki dəyişiklikləri izləyiblər.
Pekan qozu istehlak edən iştirakçılarda qan damarlarının divarlarına yapışa bilən ümumi xolesterin, triqliseridlər və LDL xolesterinin, aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsinin daha aşağı olduğu müşahidə edilib.
Birinci qrupdan olan insanların orqanizmində “yaxşı” LDL xolesterinin konsentrasiyası artıb.
Bu cür dəyişikliklər infarkt və insult kimi ürək-damar xəstəlikləri riskinin azaldığını göstərir.
#Ürək-damar xəstəlikləri teqi istifadə olunub
- Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Nələri yeməli, nələri yeməməli? - BAKU MED
- Yuxuya getdiyimiz vaxtın sağlamlığımız üçün əhəmiyyəti araşdırılır
- Ürək-damar xəstəliklərinin hansı siqnalları var? - Elektron siqaretlərin ürəyə təsiri - BAKU MED
- Gəzinti, yoxsa ağırlıqqaldırma? | Hansı məşqlər daha faydalıdır?
- Tez yorulma, nəfəs darlığı, başgicəllənmə varsa... | Xəbərimiz olmadan gələn ölüm riski - BAKU MED
