Yaponiyada ard-arda güclü zəlzələlər | Binalar dağıldı, yaralılar var
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyanın mərkəzində güclü zəlzələlər baş verib.
Yaponiya Milli Meteorologiya İdarəsinin məlumatına görə, gücü 7,4 maqnitudaya çatan zəlzələlər İsikava və Niiqata əyalətlərində qeydə alınıb.
Yeraltı təkanlar Osaka və Kioto şəhərlərində, eləcə də Tokioda hiss olunub. Zəlzələnin ocağı Anamizu şəhərindən 42 km uzaqlıqda dənizdə yerləşib.
Bundan əlavə, Yaponiyanın qərb sahillərini sunami vurub. Bəzi yerlərdə sunami dalğalarının hündürlüyü 5 metrə çatıb.
Yerli sakinlər təcili sahil zonaları tərk etməyə, yaxud binaların damına çıxmağa çağırılıb. İndiyədək 3 dəfə güclü zəlzələ xəbərdarlığı elan olunub. Yerli sakinlər növbəti yeraltı təkanlara hazır olmağa çağırılıb.
Yaponiya hökuməti bildirib ki, güclü zəlzələ nəticəsində içərisində adam olan ən azı 6 mənzilə ziyan dəyib. Bundan əlavə, qurbanların olduğu da qeyd edilib. Lakin onların sayı hələ məlum deyil. Faktlar toplanılır və dəqiqləşdirilir.
#Yaponiya teqi istifadə olunub
- Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı
- 27 yaşlı qadın qul kimi neçəyə satılıb?
- Sorğu yarana biləcək sağlamlıq riskləri ilə bağlıdır
- Tokio ilə Moskva arasında xaos | Gərginlik niyə alovlandı? - Baku TV CANLI
- Təbii fəlakət yaponların həyatını alt-üst etdi - Baku TV CANLI
