Dünya
Pleyeri seçin:
Yaponiyalı mütəxəssislər hərbi sənaye sahəsində bunu da etdi
Yaponiya raketlərin qarşısının alınması sistemlərinin sınaqları zamanı Beynəlxalq Kosmik Stansiyaya yüklərin çatdırılması üçün istifadə edilən H-II Transfer Vasitəsindən istifadə etməyi planlaşdırır.
Bu barədə “Nikkei” məlumat yayıb.
Kosmik gəmilərdə hipersəs raket buraxılışlarının qeydə alınması üçün infraqırmızı avadanlığın quraşdırılması planlaşdırılır. Yükü Beynəlxalq Kosmik Stansiyaya çatdıran uçan aparatı təxminən bir il aşağı Yer orbitində qalacaq. Daha sonra sınaqdan keçirilmiş avadanlıqlar Yaponiyanın ən son kosmik kəşfiyyat gəmisinə yerləşdiriləcək.
Sınaq avadanlığı ilə təchiz olunacaq yeni HTV-X kosmik gəmisinin ilk buraxılışı 2026-cı ilin martına qədər baş tutmalıdır.
Kopyalandı
Seçilmişlər