Yaralanan şəxs hadisə yerindən niyə qaçdı? | Rusiyada nə baş verir?
Yeniliklərdən dərhal xəbərdar olun
Livanda baş verən partlayışların fonunda Moskvada da bir nəfərin smartfonu alovlanmağa başlayıb.
Rusiya mediasının yaydığı məlumata görə, “Honor 70” markalı telefonun partlaması nəticəsində bir şəxs əlindən yaralanıb.
Şahidlər yaralının hadisə yerindən qaçaraq uzaqlaşdığını bildiriblər. Ətrafdakı insanlar dərhal təcili yardıma xəbər verərək onun axtarışına başlayıblar.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, smartfonun alovlanmasına səbəb akkumulyatorunun qızmasıdır.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də hücumlar zamanı HƏMAS döyüşçüləri aktiv şəkildə “Huawei” və “Honor” markalı telefonlardan istifadə ediblər. İsrailin xüsusi xidmət orqanları sözügedən telefonların özünəməxsus qoruma sistemi olduğuna görə smartfonlardakı informasiyanı əldə edə bilmədiklərini açıqlayıblar.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
