Pleyeri seçin:

Yaraşıqlı "Fransız mələyi" Moris Tiye necə "Şrek"ə çevrildi? - ARAŞDIRMA

18 may 2024 284 baxış

Məşhur cizgi filmi qəhrəmanı “Şrek”in real prototipi var. Rəssam Uilyam Steyq “Şrek”i məhz fransız restleri Moris Tiyeyə bənzədib. Əksər insanlardan zahiri fərqlərinə baxmayaraq, qeyri-adi restler Moris Tiye də “Şrek” kimi həyatının sonuna qədər ürəyini saf və mehriban saxlaya bilib.

Moris 23 oktyabr 1903-cü ildə Rusiyada fransız mühacir ailəsində anadan olub. Atası rabitə mühəndisi, anası isə fransız dili müəllimi idi. Gözəl görünüşü ilə digər uşaqlar arasında seçildiyi üçün ona “mələk” deyirlər.

Atasını erkən itirən və 1917-ci ildə inqilabdan qaçan Moris anası ilə Fransaya qayıtmalı olur. O vaxtdan bəri 14 yaşlı Morisin xarici görünüşündə dəyişikliklər başlayır.

17 yaşında gəncin kəllə sümüyü, qolları və ayaqları deformasiyaya uğrayır. 2 ildən sonra həkimlər Morisdə akromeqaliya xəstəliyi aşkar edirlər. Zaman keçdikcə Morisin mələk sifətindən əsər-əlamət belə qalmır. Onun boyu 175 sm, çəkisi isə 122 kq olur.

Moris şahmat oyununu mükəmməl bilir, 5 dildə sərbəst danışırdı. Deyilənə görə, ömrünün sonunadək Tiye 12 dil öyrənibmiş. Hüquq fakültəsinə daxil olan Tiye xəstəliyinin kəskinləşməsi səbəbindən təhsilini yarımçıq qoymağa məcbur olur.

5 il döyüş gəmisində mühəndis işlədikdən sonra Moris özünü kinoda sınamaq qərarına gəlir və bir neçə filmdə kiçik rollar alır. Burada peşəkar yüksəliş olmadığı üçün o, kinostudiyada mühafizəçi kimi işləyir.

1937-ci ildə Moris litvaəsilli peşəkar restler Karl Pojello ilə tanış olur və o, Morisə ABŞ-yə köçüb restlinqlə məşğul olmağı şiddətlə tövsiyə edir. Bu sahədə Morisin bəxti üzünə gülür. Restlinqlə məşğul olmaq ona 20 il ərzində çempion adını qazandırır.

Restlinq üzrə ikiqat dünya çempionu adına layiq görülən Moris uşaqlıqda ona verilən “mələk” sözünü özünə ləqəb götürür. “Fransız mələyi” ləqəbi ilə tanınan Morisin davamçıları, başqa restlerlər də özlərinə mənsub olduqları ölkələrin mələkləri deyirlər.

Təqribən 1945-ci ildə Tiyenin xəstəliyinin fəsadları ağırlaşmağa başlayır. Görmə qabiliyyəti zəifləyir, şiddətli miqrendən əziyyət çəkir. 1953-cü ildə rinqdə sonuncu döyüşünü keçirib Bert Assiratiyə məğlub olur.

Tiyenin xəstəliyinin ağırlaşdığı zaman yaxın dostu və promouteri Pojellonun ağ ciyərində xərçəng xəstəliyi aşkar olunur. 1954-cü il sentyabr ayının 4-də onun ölüm xəbərini alan Moris Tiye ürəktutması keçirir və dostundan bir neçə saat sonra vəfat edir. 

Rusiya-Ukrayna müharibəsinin bitməsinə dair ümidlər azalır?

Rusiya-Ukrayna müharibəsinin bitməsinə dair ümidlər azalır?

Dünya
17 fevral 2026 284 baxış
Ölkəni idarə etməyi, az zərərlə təhlükəsizliyi təmin etməyi bacarmalıyıq | Pezeşkian

Ölkəni idarə etməyi, az zərərlə təhlükəsizliyi təmin etməyi bacarmalıyıq | Pezeşkian

Dünya
17 fevral 2026 284 baxış
Tehranın nüvə proqramı ilə bağlı danışıqlar necə olacaq?

Tehranın nüvə proqramı ilə bağlı danışıqlar necə olacaq?

Dünya
17 fevral 2026 284 baxış
ABŞ İranla ölkənin faydalı qazıntılarına çıxış məsələsini müzakirə edə bilər

ABŞ İranla ölkənin faydalı qazıntılarına çıxış məsələsini müzakirə edə bilər

Dünya
17 fevral 2026 284 baxış
ABŞ İrana qarşı Maduro əməliyyatından da daha ciddi hərbi hazırlıq görür

ABŞ İrana qarşı Maduro əməliyyatından da daha ciddi hərbi hazırlıq görür

Dünya
17 fevral 2026 284 baxış
Pəhləvinin həyat yoldaşı etiraz aksiyaları keçirən iranlılara təşəkkür edib

Pəhləvinin həyat yoldaşı etiraz aksiyaları keçirən iranlılara təşəkkür edib

Dünya
17 fevral 2026 284 baxış
Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanidən Vaşinqtona xəbərdarlıq - Baku TV CANLI

Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanidən Vaşinqtona xəbərdarlıq - Baku TV CANLI

Dünya
17 fevral 2026 284 baxış
Rubio İranla razılaşmanın bağlanması yolundakı çətinliklərdən danışdı

Rubio İranla razılaşmanın bağlanması yolundakı çətinliklərdən danışdı

Dünya
17 fevral 2026 284 baxış
Pekin “At ili”nin gəlişini qeyd edib

Pekin “At ili”nin gəlişini qeyd edib

Dünya
17 fevral 2026 284 baxış
Bosniya və Herseqovinada sakinlər aksiya keçirdi

Bosniya və Herseqovinada sakinlər aksiya keçirdi

Dünya
17 fevral 2026 284 baxış
Seçilmişlər
icon