Yaxın Şərqdə narazılıq olsa... | Qəzzanı kim idarə etmək istəyir?
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bler Qəzza zolağının keçid idarəetmə orqanına rəhbərlik etmək niyyətindədir. "The Economist" nəşrinin məlumatına görə, Blerin təsis etdiyi "Tony Blair Institute" (TBI) Qeyri-Hökumət Təşkilatı hazırda Qəzza üçün yeni idarəetmə modelinin layihəsini hazırlayır. Layihəyə əsasən, BMT-nin mandatı altında fəaliyyət göstərəcək bu qurum 25 nəfərlik katiblik və 7 nəfərlik şura tərəfindən idarə olunmalıdır. Lakin Toni Blerin bu missiyaya cəlb olunması Yaxın Şərqdə birmənalı qarşılanmır; xüsusilə onun 2003-cü ildə İraqa müdaxiləni dəstəkləməsi regionda ciddi narazılıq yaradır. Hazırda nə HƏMAS, nə Fələstin rəhbərliyi, nə də İsrail tərəfi Blerin namizədliyini dəstəkləmir ki, bu da layihənin gələcəyini sual altında qoyur.
#Yaxın Şərq teqi istifadə olunub
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı artır - Baku TV CANLI
- Yaxın Şərqdə müharibə an məsələsidir | Vaşinqtonun planı nədir? - Baku TV CANLI
- Yaxın Şərqdə vəziyyət kəskinləşir | ABŞ mümkün təhlükəyə qarşı nə tədbir görür? - Baku TV
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
