Yazışmaları ifşa olunan nazir müavini vəzifədən çıxarıldı | Qalmaqal yaradan hadisə
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın səhiyyə nazirinin müavini Endryu Qvin “WhatsApp”da qapalı qrupda söylədiyi təhqiramiz ifadələrə görə işdən azad olunub.
Bu barədə xarici mediada məlumat paylaşılıb.
Xəbərdə bildirilib ki, nazir özünü olduqca irqçi və kobud aparıb. Həmçinin mesajların birində E.Qvin zibil qutuları ilə bağlı problemlə əlaqədar ona müraciət edən 72 yaşlı qadının tez ölməsini də arzulayıb.
Yayılan məlumatları təsdiq edən nazir müavini peşman olduğunu bildirərək xalqdan üzr istəyib:
“Yanlış fikirlərimə, mühakimə dolu şərhlərimə görə çox təəssüflənirəm və etdiyim təhqirlər üçün üzr istəyirəm. Mən bütün həyatım boyu Leyboristlər Partiyasına xidmət etmişəm və nazir kimi işimi ləyaqətlə icra etməyə çalışmışam. Mən Baş nazirin, partiyanın qəbul etdiyi qərarları başa düşürəm və çox kədərli olsa da, bunun əksinə getməyəcəyəm”.
E.Qvinin işdən azad olunması barədə qərar şəxsən Baş nazir Kir Starmer tərəfindən verilib və o, məmurun Leyboristlər Partiyasına üzvlüyünün dayandırılmasına dair göstəriş də verərək belə bir halın utancverici olduğunu deyib.
#Böyük Britaniya teqi istifadə olunub
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb
- Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib
- Londondan müharibə xəbərdarlığı
- Böyük Britaniya mümkün müharibəyə hazırlıq üçün konkret zaman müəyyənləşdirib - Baku TV CANLI
