“Yeni məhdudiyyətlərə tam hazırıq” | İrandan reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
"İran hökuməti ABŞ-nin İslam Respublikasına qarşı sanksiyaların sərtləşdirilməsinə, yeni məhdudiyyətlər tətbiq etməsinə hazır idi və potensial problemlərin öhdəsindən gəlmək üçün əvvəlcədən plan hazırlayıb".
Bunu İranın iqtisadiyyat naziri Seyid Əli Mədənizadə bildirib.
"Ölkə hökuməti ABŞ sanksiyalarına qarşı necə çıxacağını əvvəlcədən planlaşdırıb və yeni məhdudiyyətlərə tam hazırdır", – deyə "Tasnim" agentliyi nazirdən sitat gətirib.
Nazir izah edib ki, kabinetin iki illik iqtisadi inkişaf planı var və orada bütün problemlər nəzərə alınıb. Onun sözlərinə görə, Vaşinqton İran iqtisadiyyatının damarlarını kəsməklə məqsədlərinə çata bilməyəcək.
Eyni zamanda iranlı naziri qeyd edib ki, müharibə sənayeyə, xüsusən metallurgiya zavodlarının fəaliyyətinə təsir edib. "Lakin biz onları bərpa etdik və ölkəni müdafiəsinə davam edirik", – deyə Mədənizadə fikirlərini yekunlaşdırıb.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
