Dünya
Pleyeri seçin:
Yeni planet kəşf olundu | Bu ulduz hətta Günəşdən də ağırdır
Beynəlxalq astronomlar qrupu “Next-Generation Transit Survey” çərçivəsində yeni Super Yupiter ekzoplanetinin kəşf edildiyini bildirib.
Bu yeni dünya Yerdən təxminən 1 430 işıq ili uzaqlıqdadır və kütləsi Yupiterdən dörd dəfə çoxdur. Onun təxminən 1,64 Yupiter radiusu və 3,63 Yupiter kütləsinə bərabər çəkisi var.
Bu layihə ekzoplanetləri axtarmaq üçün tranzit fotometriyadan istifadə edir ki, o da ulduzun qarşısından planetin keçməsi nəticəsində yaranan qaralmanı aşkar edə bilir.
Müşahidələr robot teleskoplar vasitəsilə aparılır.
Bu ulduzun yaşının 10-50 milyon il arasında olduğu təxmin edilir.
Kopyalandı
Seçilmişlər