"Yük gəmisinə hücum nəticəsində 2 vətəndaşımız yaralanıb" | Türkiyə XİN
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Xarici İşlər Nazirliyi iyunun 22-də Qara dənizdə yük gəmisinə hücum nəticəsində ölkənin iki vətəndaşının yaralandığı barədə məlumat yayıb.
Nazirlik hadisənin Ukraynanın Çernomorsk limanı sahillərində baş verdiyini bildirib.
Qeyd olunub ki, pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qalan Türkiyəyə məxsus, Panama bayrağı altında üzən gəminin heyət üzvləri olan Türkiyə vətəndaşlarının vəziyyəti Türkiyənin Kiyevdəki səfirliyi və Odessadakı Baş Konsulluq tərəfindən yaxından nəzarətə götürülüb.
"Qara dənizdə maraqlarımızı və regional təhlükəsizliyimizi təhdid edən bu hücumlarla bağlı narahatlığımızı hər iki ölkənin hakimiyyət orqanlarına bildiririk. Qara dənizdə mülki gəmilərin naviqasiya təhlükəsizliyinin təmin edilməsi ölkəmizin əsas prioritetlərindən biridir və bütün müvafiq tərəfləri regionda gərginliyi azaltmaq üçün tədbirlər görməyə çağırırıq", – deyə məlumatda qeyd olunub.
#Türkiyə Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Türkiyə XİN husilərin Məkkəyə PUA hücumunu qətiyyətlə pislədi - Baku TV
