Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın hazırda çətin vəziyyətdə olduğunu bildirib.
Fidan bu barədə Nyu-Yorkda Türkiyə mediasının suallarını cavablandırarkən danışıb.
Türkiyənin XİN başçısı ABŞ-də iranlı həmkarı Abbas Əraqçi və amerikalı rəsmilərlə görüşlərində İranın təklif etdiyi paketlə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.
Fidan qeyd edib ki, İranın təklif etdiyi paket və Hörmüz boğazının mümkün qədər tez açılması ilə bağlı şərtlər müzakirə olunub.
Nazir İranın mövcud vəziyyətinin mürəkkəb olduğunu vurğulayıb.
“İran, həqiqətən, çətin vəziyyətdədir. Sanksiyalar, müharibə təhdidi, hücumlar və hərbi əməliyyatlar var. Bununla yanaşı, İranın ortaya qoyduğu müəyyən mövqelər də mövcuddur.
Bunların daha fərqli şəkildə necə idarə oluna biləcəyi, sülhə ən qısa zamanda necə nail ola biləcəyimiz və müharibənin regiona yayılmasının necə qarşısının alınacağı ilə bağlı geniş fikir mübadiləsi apardıq”, – Hakan Fidan qeyd edib.
#Türkiyə Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycanlı və türkiyəli jurnalistlər bir arada | Prezidentlərin çıxışından öncə son hazırlıqlar
- Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
