Pleyeri seçin:
Zaxarovadan Ermənistanda "çevriliş" şayiəsinə cavab: Ümidvaram "Comedy Club" buna görə bağlanmadı
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi İrəvanın Rusiyada xüsusi təlim keçən şəxslərin Ermənistanda hərbi çevriliş cəhdi ilə bağlı bəyanatını yumorla şərh edib.
M.Zaxarova bunu “NEWS.ru”nun müxbirinin sualını cavablandırarkən deyib.
“Ümid edirəm ki, “Comedy Club” buna görə bağlanmayıb”, – o gülərək bildirib.
Xatırladaq ki, daha əvvəl Ermənistan İstintaq Komitəsi ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşlarının hərbi çevriliş yolu ilə hakimiyyəti zorla ələ keçirmək cəhdinin qarşısını aldığını bəyan etmişdi. İstintaq Komitəsindən qeyd edilib ki, qrup üzvləri Rostova gedərək orada “Arbat” bazasında təlim keçiblər.
Kopyalandı
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
