Zaxarovadan İrəvana sərt xəbərdarlıq | Onlarla məxfi danışıqlar aparırıq
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistana anti-Rusiya hərəkətlərinə görə xəbərdarlıq edib.
“Təəssüf ki, biz bu tendensiyanı çoxdan müşahidə edirik və bu haqda danışırıq. Biz erməni həmkarlarımız və tərəfdaşlarımızla, o cümlədən çox məxfi şəkildə, yalnız bir məqsədlə danışırıq – xəbərdarlıq etmək", – deyə M.Zaxarova vurğulayıb.
O həmçinin qeyd edib ki, biz çox yaxşı başa düşürük ki, dövlətlər və bütövlükdə kollektiv Qərb onilliklər, əsrlər boyu ölkələrə və xalqlara alət kimi yanaşmaq üçün taktikalardan istifadə edib. Əgər regionumuzda belə nümunələr olmasaydı, yəqin ki, ABŞ və kollektiv Qərbin bu taktikanı konkret olaraq postsovet məkanına tətbiq etməyəcəyini düşünmək olardı.
M.Zaxarovanın sözlərinə görə, Moskva səmimiyyətlə Ermənistanın öz suverenliyini qoruyub saxlamasını və milli maraqlara əsaslanan siyasət yürütməsini istəyir.
#Mariya Zaxarova teqi istifadə olunub
- Rusiya rəsmisi erməni gənclərə ortaq tarixi unutmamaq çağırışı etdi - Baku TV CANLI
- Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV
- Zaxarovadan Ankara və Vaşinqtona Ukraynayaya görə xəbərdarlıq - Baku TV
- Rəsmi Bakı Moskvaya etirazını bildirdi | Ayxan Hacızadədən “Baku TV”yə açıqlama - Baku TV
- “Bu cür mövzular Azərbaycanla əlaqəli şərh edilməməlidir" | Ayxan Hacızadə - Baku TV CANLI
