Zelenski ABŞ-nin ordu naziri ilə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin ordu naziri Daniel Driskoll və bir neçə amerikalı generalın təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.
Tərəflər real sülhə nail olma variantları, işin mərhələləri və münaqişənin nizamlanması üzrə dialoq formatlarını, həmçinin diplomatiya üçün yeni nüansları müzakirə ediblər.
Bu barədə Zelenski "Telegram" kanalında yazıb.
Danışıqlarda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da iştirak edib.
"Ukrayna və ABŞ müharibənin başa çatdırılması planının bəndləri üzərində işləyəcək. Biz konstruktiv, dürüst və operativ işə hazırıq", – deyə Ukrayna lideri vurğulayıb.
Zelenski Driskolla Rusiya Silahlı Qüvvələrinin Ternopola endirdiyi genişmiqyaslı zərbə barədə məlumat verib. Bu hücum 27 nəfərin həyatına son qoyub.
Ötən gün Rusiya Ordusunun çoxmərtəbəli binaya zərbə endirmək üçün istifadə etdiyi "X-101" raketi 2025-ci ildə istehsal olunub. Onun tərkibində 175 xarici komponent var ki, hələ də sanksiyaları aşaraq Rusiyaya daxil olur.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
