Zelenski gedir, artıq potensial varisi ilə görüşülüb | Biznesmendən sensasiya
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda postunu tərk edəcək.
Bu sözləri alman əsilli finlandiyalı sahibkar Kim Dotkom sosial media hesabında yazıb.
Bildirib ki, ukraynalı liderin hakimiyyət uğrunda mübarizəsi uğursuzluqla nəticələndi və bu səbəbdən də onun istefası bir neçə həftə ərzində baş tuta bilər.
Finlandiyalı sahibkar hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və sabiq prezident Petro Poroşenko dövlət başçısı postuna potensial namizəd ola bilər.
Kim Dotkomun iddiasına görə, yanvarın 31-də rəsmi Kiyevə gələn ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Volodimir Zelenskinin potensial varisi ilə artıq görüşüb.
