Pleyeri seçin:
Zelenski Kanada Baş naziri ilə görüşdü | Müharibəni dayandırmaq üçün...
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Romada Kanadanın Baş naziri Mark Karni ilə görüşüb.
Bu barədə V.Zelenski “X”dəki səhifəsində yazıb. O, görüş zamanı dəstəyə görə təşəkkür edib.
“Ən vacibi Rusiyaya elə təzyiq göstərməkdir ki, onu müharibəni bitirmək üçün real addımlar atmağa sövq etsin”, ‒ deyə Ukrayna lideri qeyd edib.
Görüş zamanı müdafiə sahəsində əməkdaşlıq və tərəfdaş ölkələrin koalisiyasının genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Prezident əlavə olaraq “Telegram” kanalında qeyd edib ki, o, Rusiyanın raket və pilotsuz uçuş aparatlarının mülki hədəflərə endirdiyi zərbələr barədə Baş nazirə məlumat verərək Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməsinin vacibliyini vurğulayıb.
Kopyalandı
#Ukrayna teqi istifadə olunub
- ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM
- Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV
- Ankara hərəkətə keçdi
- Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Türkiyə Rusiya və Ukrayna taxılının ixracını bərpa etməyə çalışır - Baku TV
