Zelenski üçün sığınacaq hazırlanır? | Qərbdən Ukrayna Prezidentinə sərt mesaj
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna üçün lazım olan silahlar satın alına bilər. Lakin hərbi sazişlər üçün maliyyə vəsaiti çatışmır”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə deyib.
Prezident əlavə edib ki, silah təchizatının artırılması ilə bağlı danışıqlar aparılır. Onun sözlərinə görə, Ukrayna silah tədarükü üçün yollar axtarmağa başlayıb.
Bu arada, “Forbes” Zelenskinin 1,4 milyard dollar pulunun olduğu barədə məlumat yayıb. Müqayisə üçün bildirək ki, bu məbləğ Hollivud aktyoru Vill Smit, Kris Rok və Deyv Şapelin vəsaitindən daha çoxdur.
Rusiya kəşfiyyatı isə Zelenskinin “Saudi Aramco”, “Meta” və “Tesla” kimi şirkətlərin 60 milyon dollarlıq səhmlərinə və beş dəbdəbəli yaxta, üç şəxsi təyyarəyə sahib olduğunu deyir.
Zelenskinin 18 milyon avroya İslandiyada villa aldığı barədə də xəbərlər var.
Fransa mətbuatı iddia edir ki, Ukrayna Prezidentinin bu yeni malikanəsi onun üçün sığınacaq rolu oynayır. Məhz bu səbəbdən həyətyanı ərazidə bunker də inşa edilir.
Ekspertlərə görə, indiki məqamda Qərb mediasında bu səpkili xəbərlərin yayılması təsadüfi deyil. Bununla müttəfiqlərin Zelenskiyə “öz ehtiyaclarını özün ödə” mesajını verdikləri iddia olunur.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
