Pleyeri seçin:

Zelenski Ukraynanın Aİ-yə üzvlük prosesindəki son vəziyyəti açıqladı - Baku TV

14 iyun 2026 301 baxış

Qarşıdakı həftədə Ukraynanı Avropa İttifaqına üzvlük prosesində yeni irəliləyişlər gözləyir.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında yayımladığı videoda bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə diplomatik görüşlərin sayı artacaq.

“Ukrayna Avropa İttifaqına üzvlük danışıqlarının başlanması üçün tələb olunan bütün şərtləri yerinə yetirib. Yay aylarında Ukraynanın Avropaya inteqrasiyası istiqamətində əlavə nəticələr əldə olunacağına ümid edirəm. Avropa İttifaqı ölkələri artıq Ukrayna və Moldovanın üzvlük danışıqlarının başlanması barədə razılığa gəliblər. Bir çox Avropa liderləri həm Ukraynanın Avropaya, həm də Avropanın Ukraynaya ehtiyacı olduğunu etiraf edir.

Rusiyanın Avropa yaxınlığında hərbi mövcudluğunu genişləndirməsi fonunda Ukraynanın hərbi təcrübəsi və imkanları Avropanın təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Moskva uzunmüddətli anti-Avropa və antidemokratik siyasət yürüdərək təhlükə yaratmağa davam edir. Qarşıdakı günlərdə müharibənin təhlükəsizlik təminatları ilə başa çatdırılması məsələsi müzakirə olunacaq. Tərəfdaşlarla keçiriləcək sammitlərdə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi, eləcə də Ukraynaya Hava Hücumundan Müdafiə sistemləri ilə bağlı yeni dəstəyin verilməsi vacibdir”, – deyə Prezident bildirib. 

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 301 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 301 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 301 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 301 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 301 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 301 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 301 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 301 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 301 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 301 baxış
Seçilmişlər
icon