Zelenskidən İran xalqına azadlıq çağırışı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Novruz bayramı münasibətilə təbrikində İranı tənqid edib.
O bu barədə "X"dəki hesabında farsca yazıb.
"Novruz münasibətilə bu bayramı qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edir, İran xalqına əsl azadlıq və təhlükəsizlik arzulayıram. Müharibədən sonra İran xalqı və bütün region üçün ədalətin bərpası vacibdir", – deyə o bildirib.
ABŞ Prezidenti Donald Tramp isə Ukraynadan narazılığını dilə gətirib. O, Kiyevin İranla bağlı vəziyyətdə ABŞ-yə heç bir kömək göstərmədiyini və sadəcə bu sahədə siyasi xal qazanmağa çalışdığını bildirib.
"Ukrayna ABŞ-nin İrana qarşı əməliyyatında ona heç bir kömək etmədi və Zelenskinin dron yardımı ilə bağlı sözləri siyasi piar idi", – deyə Tramp söyləyib.
Bu arada, Ukraynada müharibə bitənə qədər səsvermə keçirmək mümkün olmayacaq. Atəşkəs elan edildikdən yalnız altı ay sonra kampaniyaya başlamaq olar. Bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyası açıqlama verib.
Qeyd edək ki, bu qərar seçkilərin mümkün razılaşmalar çərçivəsində keçirilməsində israr edən ABŞ ilə gərginliyə səbəb ola bilər.
#Volodimir Zelenski teqi istifadə olunub
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
- Kiyev mümkün razılaşmalarla bağlı rəsmi təkliflərini ABŞ tərəfinə təqdim etdi - Baku TV CANLI
- Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib
- Zelenski Maskın maliyyə imkanları ilə Avropa siyasətinə təsirini yolverilməz sayıb - Baku TV CANLI
- Kiyev milyarderin açıqlamalarına niyə sərt reaksiya verdi?
