Zelenskidən Rusiyada keçiriləcək Qələbə paradı ilə bağlı qalmaqallı paylaşım
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 9-da Moskvada keçirilməsi planlaşdırılan Qələbə paradı ilə bağlı “Telegram” kanalında paylaşım edib.
Ukrayna lideri bildirib:
“Rusiyanın ağrılı nöqtələrini seçirik ki, Moskvanı diplomatiyaya sövq edə bilək. İndi onlar paradın təhlükəsizliyinin sual altında qalmasından narahatdırlar və bu təşvişlərində haqlıdırlar. Narahat olmalıdırlar, çünki müharibə davam edir. Onlar müharibəyə son qoymalıdırlar”.
Qeyd edək ki, bundan öncə Ali Radanın keçmiş deputatı İqor Lapin bəyan etmişdi ki, Moskvanın Qırmızı Meydanı Qələbə paradı zamanı Ukrayna Silahlı Qüvvələri üçün “qanuni hədəf”dir.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri çoxlu sayda rus hərbçisinin cəmləşəcəyi Qələbə paradına hücuma hazırlaşır. Mayın 9-da Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin Kiyevə səfəri də gözlənilir.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
